Sumqayıt Regional Vəkil Bürosu

Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti olduğunu vurğulamış, hüquqi dövlətdə vəkillik təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq siste

minin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci tarixli 3707 saylı Sərəncamı imzalayıb. Sərəncamın 1.2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının Sumqayıt şəhərində bina ilə təmin olunması nəzərdə tutulub, Sərəncamın icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının istifadəsinə qeyri-yaşayış sahəsinin verilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 226 ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki, 171,6 kv.m. qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.
07 dekabr 2018-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosu təsis edilib. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 13 dekabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Regional Vəkil Bürosunun təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün göndərilməsinə dair müsbət rəy verilməklə yanaşı, Büronun Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 ünvanda fəaliyyət göstərməsinə razılıq verilib. Sumqayıt Regional Vəkil Bürosu 27 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Sumqayıt Regional Vəkil Bürosuna ayrılmış inzibati bina Azərbaycan Respublikasının Vəkillər Koillegiyası tərəfindən müasir tələblərə uyğun şəkildə tam təmir olunaraq, kompüter-texniki və digər zəruri ofis avadanlıqları ilə təchiz edilib. Təmir işləri Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına təmin edilib.

04/08/2026

Türkiyə Barolar Birliyinin sədri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimovun vəfatı ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına başsağlığı məktubu ünvanlamışdır.

Məktubda deyilir:

“Azərbaycan hüquq ictimaiyyətinin görkəmli siması, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri və uzun illər hüquq sahəsində fəaliyyət göstərmiş təcrübəli hüquqşünas İkram Kərimovun vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik.

Uzun illər ərzində prokurorluq və məhkəmə orqanlarında yüksək vəzifələrdə çalışaraq Azərbaycanın məhkəmə-hüquq sisteminə mühüm töhfələr vermiş İkram Kərimov, peşə fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlıq, intizam və prinsipial mövqeyi ilə bütün hüquqşünaslar üçün örnək olmuşdur. Ömrünü hüquqa həsr etmiş bu dəyərli hüquqşünasın itkisi təkcə qardaş Azərbaycan üçün deyil, bizim üçün də dərin hüzn mənbəyidir.

Türkiyə Barolar Birliyi olaraq mərhum İkram Kərimova Allahdan rəhmət, başda ailəsi və yaxınlarına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Hörmətlə,

Sədr

Erinç Sağkan”

04/08/2026
Hörmətli media nümayəndələri, Sizi 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Vəkil Korpusu ad...
22/07/2026

Hörmətli media nümayəndələri,

Sizi 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Vəkil Korpusu adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq!

02/07/2026

Vəkillər Kollegiyası 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır.

Büromuzun vəkili Mircəlal Fətullayevin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair məqalə...
01/07/2026

Büromuzun vəkili Mircəlal Fətullayevin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair məqaləsini təqdim edirik.

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

Address

Sumqayıt şəhəri, 9-cu Mikrorayon, Zülfü Hacıyev Küçəsi 226
Sumqayıt
5001

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994186562211

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Regional Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt Regional Vəkil Bürosu:

Shortcuts

Share