Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta  ümumtəhsil məktəbi Mil-Muğan RTİ-nin tabeliyində olan
ümumi təhsil müəssisəsi

MƏKTƏBİMİZİN VƏ RAYONUMUZUN            QÜRURU: NİHAT FƏRƏCOV! ​Böyük zəhmət, sarsılmaz əzm və möhtəşəm nəticə! ​Məktəbim...
28/07/2026

MƏKTƏBİMİZİN VƏ RAYONUMUZUN
QÜRURU: NİHAT FƏRƏCOV!
​Böyük zəhmət, sarsılmaz əzm və möhtəşəm nəticə!
​Məktəbimizin nümunəvi şagirdi Fərəcov Nihat Müslüm oğlu II cəhd blok imtahanında maksimum – 400 bal toplayaraq rayonumuzun təhsil tarixində bir İLKƏ imza atmışdır!

​Buraxılış imtahanında topladığı 277.7 bal və blok imtahanındakı maksimum nəticəsi ilə Nihat ümumilikdə 677.7 bal toplayaraq rayon üzrə 1-ci yerə yüksəlmişdir!
​Nihatın bu uğuru təsadüfi deyil! O, illərdir Respublika Fənn Olimpiadalarında fəal iştirak edərək yarımfinal mərhələsinə qədər yüksəlmiş, bilik və bacarığı ilə hər zaman seçilmişdir.

​İnanırıq ki, gələcəyin savadlı, fədakar həkimi olmaq arzusunda olan Nihat öz xalqına və dövlətinə layiqincə xidmət edən, ölkəmiz üçün dəyərli bir vətəndaş kimi yetişəcəkdir!

​ Əziz Nihat, səni, sənin bu uğurunda böyük əməyi olan valideynlərini və müəllimlərini ürəkdən təbrik edirik! Yolun hər zaman açıq, uğurların bol olsun!

Anası məktəbimizin informatika müəllimi Firuzə müəllimi də ürəkdən təbrik edir, uğurlar arzulayırıq.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi zamanı məktəbin müəllimləri növbəti dəfə böyük uğurlara imza atmışlar.Mə...
26/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi zamanı məktəbin müəllimləri növbəti dəfə böyük uğurlara imza atmışlar.
Məktəbimizin müəllimləri sertifikasiya imtahanlarında yüksək nəticələr göstərərək bizləri qürurlandırıblar. Uğur qazanan müəllimlərimizi və onların topladıqları balları təqdim edirik:
İmanlı Vəkil (Fiziki tərbiyə) — 57 bal
Musayeva Zöhrə (İbtidai sinif) — 55 bal
Həmidova Dilsuz (Tarix) — 54 bal
Ağazadə Fatimə (Təsviri incəsənət) — 52 bal
Həmidə Həsənzadə (Fiziki tərbiyə) — 51 bal
Şahmurova Nərmin (Musiqi) — 46 bal
Naibə İbrahimova (Fiziki tərbiyə) — 43 bal
Elvinə Cəfərli (Fiziki tərbiyə) — 42 bal
Məktəbimizin adını hər zaman uca tutan, savadı və peşəkarlığı ilə nümunə olan bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq! Uğurlarınız bol və davamlı olsun!

13 iyun tarixində keçirilən “Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı Beynəlxalq Festivalında məktəbimizi yüksək səviyy...
23/06/2026

13 iyun tarixində keçirilən “Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı Beynəlxalq Festivalında məktəbimizi yüksək səviyyədə təmsil edən şagirdlərimiz iki komanda ilə çıxış edərək parlaq qalibiyyət qazanıblar! 🥈✨
Bu möhtəşəm nailiyyət münasibətilə qalib şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən fəxri diplomlarla təltif olunublar.
Məktəbimizin adını beynəlxalq arenada ucaldan, bizə bu qüruru yaşadan hər bir idmançı şagirdimizi və onların üzərində əməyi olan müəllimlərimizi ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq!

“Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı Beynəlxalq Festivalı 13 iyun tarixində keçirilmişdir. Festivalda məktəbimizin...
14/06/2026

“Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı Beynəlxalq Festivalı 13 iyun tarixində keçirilmişdir. Festivalda məktəbimizin şagirdləri iki komandada çıxış edərək qalibiyyət qazanıblar.

Birinci komanda
Bağırzadə Fidan
Xankişiyeva Xədicə
Abbaszadə Aynişan
Zeynallı Nilay
Əlizadə Nəzrinin iştirakı ilə çıxış edən Sabirabad – “My Number One” komandası yüksək nəticə göstərərək 🥈 II yerə layiq görülmüşdür.

Digər iştirakçımız Nuruzadə Banu ,Fərzəliyeva Aynişan isə Sabirabad – “Tıq-tıq xanım” komandasında çıxış edərək 🥉 III yerə layiq görülmüşdür.

Şagirdlərimizi və onların müəllimlərini təbrik edirik!Uğurlarının davamlı olmasını arzu edirik!✨

Bu gün məktəbimizdə zəng sonuncu dəfə çalındı. Məzunlarımızı təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzula...
13/06/2026

Bu gün məktəbimizdə zəng sonuncu dəfə çalındı. Məzunlarımızı təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzulayırıq. Qoy qazandığınız bilik və topladığınız gözəl xatirələr hər zaman yolunuza işıq saçsın.

Əziz məzunlarımız, xəyallarınızın ardınca inamla gedin! Qapımız hər zaman üzünüzə açıqdır. Yolunuz açıq, uğurlarınız bol olsun! "

​ "🔔

Monitorinq öncəsi maarifləndirici söhbət keçirilibMəktəbin psixoloqu Nərminə Nuri tərəfindən    4 və 6-cı sinif şagirdlə...
04/06/2026

Monitorinq öncəsi maarifləndirici söhbət keçirilib

Məktəbin psixoloqu Nərminə Nuri tərəfindən 4 və 6-cı sinif şagirdləri ilə monitorinq öncəsi maarifləndirici söhbət aparılmışdır. Görüş zamanı şagirdlərə monitorinqin məqsədi izah edilmiş, imtahan və qiymətləndirmə zamanı həyəcanın idarə olunması, vaxtdan səmərəli istifadə, diqqətin cəmlənməsi və özünəinamın qorunması ilə bağlı tövsiyələr verilmişdir.

Şagirdlərin sualları cavablandırılmış, onların psixoloji hazırlığının gücləndirilməsi istiqamətində faydalı məsləhətlər səsləndirilmişdir. Söhbətin əsas məqsədi şagirdlərdə müsbət motivasiya formalaşdırmaq, monitorinq prosesinə psixoloji hazırlığı artırmaq və onların öz biliklərini rahat şəkildə nümayiş etdirmələrinə dəstək olmaq olmuşdur.

Məktəbimizdə Azərbaycanın dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin şagirdlərə tanıdılması məqsədilə tədbir keçirilmi...
03/06/2026

Məktəbimizdə Azərbaycanın dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin şagirdlərə tanıdılması məqsədilə tədbir keçirilmişdi.Tədbirdə iştirak edən müəllim və şagirdlərlə Azərbaycanın dövlətçilik,elm, mədəniyyət və incəsənət tarixində xidmətləri olan görkəmli şəxsiyyətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmış, videoçarxlar nümayiş etdirilmişdir.

Sağlam ailə mühiti sağlam cəmiyyətin və parlaq gələcəyin ən etibarlı təməlidir. Ailə daxilində qurulan qarşılıqlı etimad...
02/06/2026

Sağlam ailə mühiti sağlam cəmiyyətin və parlaq gələcəyin ən etibarlı təməlidir. Ailə daxilində qurulan qarşılıqlı etimad və dəstək, uşaqların fiziki və mənəvi cəhətdən düzgün inkişafına birbaşa təsir göstərir. Zərərli vərdişlərdən uzaq, sağlam həyat tərzini təbliğ edən ailələr isə gənc nəsli müxtəlif təhlükələrdən qoruyan ən güclü qalxandır. Unutmayaq ki, ailədəki mənfi vərdişlərin tərk edilməsi gələcək nəsillərin daha firavan və sağlam yaşaması üçün vacib şərtdir. Nəticə etibarilə, hər bir sağlam ailə güclü və rifah içində olan bir dövlətin təməl daşıdır.

Məktəb sadəcə bilik verilən deyil, həm də ədalət və dürüstlük hissinin formalaşdığı müqəddəs bir məkandır. Mirzə Ələkbər...
01/06/2026

Məktəb sadəcə bilik verilən deyil, həm də ədalət və dürüstlük hissinin formalaşdığı müqəddəs bir məkandır. Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəb olaraq bizim də ən böyük məqsədimiz yeniyetmələrimizi bu prinsiplərlə böyütməkdir. Təhsil mühitində korrupsiyaya yol vermək uşaqların gələcəyə və ədalətə olan inamını kökündən sarsıdır. Zəhmətlə oxuyan şagirdin haqqı tapşırıqla və ya fərqli yollarla əlindən alınmamalı, uşaqlarımız savadı və ləyaqəti ilə ucalmağı öyrənməlidir. Gəlin məktəbimizi korrupsiyadan uzaq tutaq və övladlarımızı dürüst fərdlər kimi yetişdirərək parlaq gələcəyimizi birlikdə quraq!

2b sinfində Əzizova Aysel müəllimin rəhbərliyi ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir 🇦🇿Şagir...
27/05/2026

2b sinfində Əzizova Aysel müəllimin rəhbərliyi ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir 🇦🇿
Şagirdlər vətənpərvərlik ruhunda hazırladıqları şeirlər, çıxışlar və təqdimatlarla Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini nümayiş etdirmişlər. Tədbirin əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ənənələrinə hörmət hissinin aşılanması olmuşdur.

Address

Sabirabad Rayon H. Əliyev Prospekti
Sabirabad
AZ5400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994998850054

Website

Alerts

Be the first to know and let us send you an email when Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category