Şamaxı 2 saylı Mediasiya təşkilatı

Website

Şamaxı 2 saylı Mediasiya təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı 2 saylı Mediasiya təşkilatı, Lawyer & Law Firm, Şamaxı şəhəri, Gənclər küçəsi, 21, küçəsi.

01/10/2026
Problemin həlli üçün aylarla gözləməyə vaxtınız varmı?Məhkəmə prosesləri çox vaxt uzun sürür — bu müddətdə həm sinir, hə...
01/10/2026

Problemin həlli üçün aylarla gözləməyə vaxtınız varmı?

Məhkəmə prosesləri çox vaxt uzun sürür — bu müddətdə həm sinir, həm vaxt, həm də əlavə xərc tələb olunur. Amma alternativ bir yol var.

Mediasiyanın ən böyük üstünlüklərindən biri — sürətdir.

Burada probleminizi:
⏱️ Qısa zamanda
🤫 Səssiz-səssadasız
✅ Qarşılıqlı razılıqla həll edə bilirsiniz.

Nə uzun məhkəmə gözləntisi, nə də lazımsız gərginlik — sadəcə, nəticəyə aparan düzgün yol.

Vaxtınızı qoruyun, həllinizi sürətləndirin.

29/09/2026
İlkin mediasiya sessiyası tərəflərə prosesin mahiyyəti və mümkün həll yolları barədə məlumat almaq imkanı yaradır. 🤝🔹 Me...
17/08/2026

İlkin mediasiya sessiyası tərəflərə prosesin mahiyyəti və mümkün həll yolları barədə məlumat almaq imkanı yaradır. 🤝

🔹 Mediator tərəfləri mediasiyanın gedişatı və qaydaları ilə tanış edir;

🔹 Tərəflərin mövqeyini və mediasiya prosesinə münasibətini dinləyir;

🔹 Mübahisənin qarşılıqlı razılaşma yolu ilə həlli imkanlarını müəyyənləşdirir;

🔹 Razılıq əldə etmək ehtimalı olduğu halda, tam mediasiya prosesinə keçidlə bağlı müzakirələr aparılır.

✨ Mübahisənin həlli üçün ilk addım — dialoqdur!

17/08/2026

Mediatorun əsas vəzifələrindən biri prosesin müstəqilliyini, qərəzsizliyini və obyektivliyini qorumaqdır. Bu baxımdan, mediator tərəflərlə və ya mübahisə predmeti ilə bağlı yarana biləcək hər hansı maraq toqquşması barədə tərəfləri vaxtında məlumatlandırmalıdır.

“Mədiаsiya prosesinin həyata keçirilməsi Qaydası”na əsasən, mediator tərəflə əlaqəli ola biləcək məlumatları açıqlamalı, belə hal mövcud olduqda tərəflərin yazılı razılığını almalıdır.

Maraq toqquşmalarının vaxtında müəyyən edilməsi və aradan qaldırılması mediаsiya prosesinə etimadın və prosesin obyektivliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

📞 012 1927
📱 055 444 81 65

17/08/2026

📌 Mediatorların növbəti Beynəlxalq Yay Məktəbinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib

Qırğız Respublikasında keçirilən Mediatorların Beynəlxalq Yay Məktəbində Azərbaycan Respublikasını təmsil edən 17 mediator iştirak edib.

Beynəlxalq yay məktəbi çərçivəsində müxtəlif ölkələrdən olan mediatorların iştirakı ilə keçirilən görüş və müzakirələr zamanı beynəlxalq mediasiya əməkdaşlığının genişləndirilməsi, mediatorlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi və region ölkələri arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

Yay məktəbinin yekunları üzrə keçirilən müzakirələr zamanı növbəti Mediatorların Beynəlxalq Yay Məktəbinin Azərbaycan Respublikasında keçirilməsi barədə qərar qəbul edilib.

Bu qərar Azərbaycan mediasiyasının beynəlxalq platformalarda artan nüfuzunun və ölkəmizin mediatorlar arasında beynəlxalq əməkdaşlığın inkişafında fəal rolunun mühüm göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Mediatorların Beynəlxalq Yay Məktəbi ənənəvi olaraq Orta Asiya regionunda təşkil olunur. Növbəti yay məktəbinin ölkəmizdə keçirilməsi isə tədbirin ilk dəfə Orta Asiyadan kənarda, Azərbaycanda təşkil olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Mediatorların Beynəlxalq Yay Məktəbinin əsas təşkilatçıları kimi Azərbaycan Respublikasının Mediasiya Şurası və Orta Asiya Mediatorlar Konsorsiumu çıxış edəcək.

Ölkəmizdə keçiriləcək Beynəlxalq Yay Məktəbinə Azərbaycanla yanaşı, Orta Asiya ölkələri, digər türk dövlətləri, Avropa və müxtəlif regionlardan mediatorların, mediasiya üzrə ekspertlərin və peşəkarların cəlb olunması nəzərdə tutulur.

Tədbirin əsas məqsədləri sırasında mediatorlar arasında beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, müasir mediasiya metodlarının öyrənilməsi, peşəkar şəbəkələşmənin gücləndirilməsi və müxtəlif ölkələrin mediasiya institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi yer tutur.

Azərbaycanın beynəlxalq mediatorlar ictimaiyyətinin belə mühüm tədbirinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq mediasiya əməkdaşlığında fəal iştirakının və regional mediasiya platformasında artan rolunun göstəricisidir.

14/08/2026

Address

Şamaxı şəhəri, Gənclər Küçəsi, 21
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Şamaxı 2 saylı Mediasiya təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share