Vekil Zeynulabidin Taghiyev

Vekil Zeynulabidin Taghiyev Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vekil Zeynulabidin Taghiyev, Lawyer & Law Firm, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 76, Baku.

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimdən.
24/07/2026

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimdən.

Minimum cəza təyin edilərək şərti tətbiq edildi!Şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (3-8 il azadlıqdan məhrum etm...
14/07/2026

Minimum cəza təyin edilərək şərti tətbiq edildi!

Şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (3-8 il azadlıqdan məhrum etmə cəzası) ilə təqsirli bilinərək, ona maddənin sanksiyası həddində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, cəza şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir.

Cinayət Məcəlləsi:
70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

28/05/2026
6 aylıq məhkəmə çəkişmələrindən sonra ədalətli nəticə - şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 1...
22/05/2026

6 aylıq məhkəmə çəkişmələrindən sonra ədalətli nəticə - şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə (6-11 il azadlıqdan məhrum etmə cəzası) xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması cinayətinin türədilməsində təqsirli bilinməsi öz təsdiqini tapmadığından, şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə (3-8 il azadlıqdan məhrum etmə cəzası) tövsif edilərək ona maddənin sanksiyası həddində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin.

İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində sağlamlığa zərər vurma, xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi qiymətləndirilə bilməz.

Humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alara...
19/02/2026

Humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında 19.12.2025-ci il tarixli qərarı tətbiq edilməklə cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs barəsində təyin edilmiş cəzadan azad edildi.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
Maddə 81. Amnistiya
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr.

Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ vardır.

Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ərizəsi təmin edildi!Cəzadan şərti olaraq vaxtından əvvəl az...
28/10/2025

Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ərizəsi təmin edildi!

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur.
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə nümunə olaraq digər məhkumların cəzaçəkmə dövründə islah olunmalarına və onların itaətkar davranışının təmin edilməsinə, nəticə etibarı ilə cəza çəkmənin mütərəqqi sisteminin fəaliyyətinə xidmət edir.
Bu baxımdan, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə cəzaların icrası qanunvericiliyinin məqsəd və prinsiplərindən irəli gələrək məhkumun islah edilməsi prosesinin tərkib hissəsidir.
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə nəinki cəzanın əsas məqsədlərindən biri olan sosial ədalətin bərpa edilməsi məqsədinə xələl gətirmir, əksinə, cəza çəkdiyi müddətdə davranışı, əməyə və təhsilə münasibəti və s. amillər nəzərə alınmaqla islah olunduğunu nümayiş etdirən məhkumlarla, cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməyən, onları pozan şəxslər arasında fərq qoyulması əslində cəzaların icrasının fərdiləşdirilməsi, humanizm prinsiplərinin realizəsinə xidmət etmiş olur.
Məhkumun davranışı və əməyə münasibətindən asılı olaraq hüquqi vəziyyətini dəyişməyə ümidi olmalıdır.
Cinayət məsuliyyətinin realizə edilməsinin əsas forması törədilmiş cinayətdə təqsirkar hesab edilmiş şəxsə məhkəmənin hökmü ilə cəza tətbiq edilməsidir. Lakin cinayət qanunvericiliyində müəyyən olunmuş əsaslarla barəsində ittihamedici hökm çıxarılmış məhkum cəzanın bir hissəsini çəkdikdən sonra da cəza məqsədlərinin əldə olunması istisna olunmur və bu halda məhkumun islah olunması üçün ona təyin edilmiş cəzanı tam çəkməsinə zərurət qalmır. Təyin edilən cəzanı tamamilə, yaxud da qismən çəkmədən cəzanın məqsədinə nail olmaq mümkün olduqda humanizm prinsipinin tələblərinə uyğun qanunda xüsusi olaraq nəzərdə tutulan bir sıra hallar cinayət törədən şəxsi cəzadan tamamilə, yaxud da qismən azad etməyə əsas verir.

Address

Bakı şəhəri, Nərimanov Rayonu, Heydər Əliyev Prospekti, 76
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Vekil Zeynulabidin Taghiyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share