22 saylı Mediasiya

22 saylı Mediasiya ⚖ Mübahisələrin məhkəməyə getmədən həlli
🌿 Sülh, razılıq, hüquq
📞 Bizimlə əlaqə: ‪+994 50 871 19 81‬

YAP Xəzər Rayon Təşkilatında görüş keçirilib22 iyul tarixində Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri N...
23/07/2026

YAP Xəzər Rayon Təşkilatında görüş keçirilib

22 iyul tarixində Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov ilə Bakı şəhəri 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov arasında görüş keçirilib.

Səmimi və konstruktiv şəraitdə baş tutan görüş zamanı mediasiya institutunun inkişafı, hüquqi maarifləndirmə istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı təşəkkür və gələcək birgə fəaliyyətə dair xoş niyyətlərin ifadə olunması ilə yekunlaşıb.

Qalada vətəndaş qəbulu keçirilmişdir13 saylı Xəzər ikinci seçki dairəsi üzrə millət vəkili Gülşən Paşayevanın Qala qəsəb...
21/07/2026

Qalada vətəndaş qəbulu keçirilmişdir

13 saylı Xəzər ikinci seçki dairəsi üzrə millət vəkili Gülşən Paşayevanın Qala qəsəbəsində keçirdiyi vətəndaş qəbulunda müxtəlif dövlət və yerli qurumların nümayəndələri ilə yanaşı, Bakı şəhəri 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov da iştirak etmişdir.

Qəbul zamanı sakinlər su təchizatı, nəqliyyat və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndirmiş, qaldırılan problemlər ətrafında müzakirələr aparılmışdır. Vətəndaşların yazılı müraciətlərinin aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyi bildirilib.

Qəbul başa çatdıqdan sonra Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açılışa hazırlanan yeni parkda baxış keçirilmiş, parkda aparılan abadlıq və son tamamlama işləri ilə yerində tanış olunmuşdur.

Belə görüşlər vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciətlərinin dinlənilməsi və mövcud problemlərin həlli istiqamətində atılacaq addımların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

17 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini...
21/07/2026

17 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov ekspert qismində göstərdiyi səmərəli əməkdaşlığa görə təşəkkürnamə ilə təltif olunub.

Bir müddət ərzində həyata keçirilən birgə fəaliyyət çərçivəsində hüquqi maarifləndirmə və ictimai əhəmiyyətli təşəbbüslərə verdiyi töhfələrə görə Orxan Mahmudovu təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

Bu dəyərli etimada görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşəkkürümüzü bildiririk.

🔒 Mediasiya prosesində konfidensiallıq necə qorunur?Konfidensiallıq mediasiyanın əsas prinsiplərindən biridir. Ayrı-ayrı...
15/07/2026

🔒 Mediasiya prosesində konfidensiallıq necə qorunur?

Konfidensiallıq mediasiyanın əsas prinsiplərindən biridir. Ayrı-ayrılıqda keçirilən danışıqlar zamanı açıqlanan məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq qorunur və tərəfin razılığı olmadan üçüncü şəxslərə açıqlanmır.

Bu yanaşma tərəflər arasında etimadın möhkəmlənməsinə, fikirlərin sərbəst ifadəsinə və mediasiya prosesinin daha səmərəli aparılmasına şərait yaradır.

📞 012 1927
📱 055 444 81 65

Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndələri 22 saylı Mediasiya Təşkilatında qonaq olmuşlar.Görüşdə 22 saylı Med...
11/07/2026

Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndələri 22 saylı Mediasiya Təşkilatında qonaq olmuşlar.

Görüşdə 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov, təşkilatın mediatorları, Qərbi Azərbaycan İcmasının Xəzər rayon rəhbəri Alı Alıyev və icmanın nümayəndələri iştirak etmişlər.

Səmimi və məhsuldar şəraitdə keçirilən görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və gələcək fəaliyyət istiqamətləri müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Görüş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mediasiya mədəniyyətinin təşviqi və gələcək birgə təşəbbüslərin əsasının qoyulması baxımından əhəmiyyətli olmuşdur.

🗣️ Mediasiya hansı dildə keçirilə bilər?Mediasiya prosesi tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən etdikləri dild...
08/07/2026

🗣️ Mediasiya hansı dildə keçirilə bilər?

Mediasiya prosesi tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən etdikləri dildə aparılır. Bu yanaşma tərəflərin öz mövqelərini daha rahat ifadə etməsinə, qarşılıqlı anlaşmanın güclənməsinə və prosesin daha səmərəli təşkilinə xidmət edir.

📞 012 1927
📱 +994 (55) 444 81 65

📍 3 iyul tarixində Şüvəlan qəsəbəsində yerləşən 230 nömrəli tam orta məktəbdə, Azərbaycan Respublikasının Milli Məclisin...
04/07/2026

📍 3 iyul tarixində Şüvəlan qəsəbəsində yerləşən 230 nömrəli tam orta məktəbdə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Günay Əfəndiyeva ilə birgə vətəndaş qəbulu keçirildi.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənildi, onları maraqlandıran məsələlər üzrə müvafiq qeydlər aparıldı və qanunvericiliyə uyğun hüquqi izahatlar verildi.

Görüşdə 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov iştirak etmişdir.

Sonda məktəbin kollektivi ilə xatirə şəkli çəkdirildi.

📍 20 iyun tarixində Binə qəsəbəsində vətəndaş qəbulu keçirildi.Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənildi...
01/07/2026

📍 20 iyun tarixində Binə qəsəbəsində vətəndaş qəbulu keçirildi.

Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənildi, onları narahat edən məsələlər ətrafında müzakirələr aparıldı.

Görüşdə deputat Gülşən Paşayeva və 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov iştirak edərək vətəndaşların suallarını cavablandırıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildiriblər.

Vətəndaşlarla birbaşa ünsiyyət və onların müraciətlərinin dinlənilməsi cəmiyyətlə sağlam dialoqun qurulmasına mühüm töhfə verir.

📍 24 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şü...
01/07/2026

📍 24 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, psixoloqlar, bələdiyyə nümayəndələri, 22 saylı Mediasiya Təşkilatının müdiri Ayan Sadıqzadə və 22 saylı Mediasiya Təşkilatının mediatorları iştirak ediblər.

İctimai dinləmə zamanı uşaqların rəqəmsal mühitdə qarşılaşdığı risklər, kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və məsuliyyətli onlayn davranış mövzuları müzakirə olunub. Eyni zamanda, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsində ailə, məktəb və cəmiyyətin birgə əməkdaşlığının vacibliyi vurğulanıb, iştirakçıların rəy və təklifləri dinlənilib.



Mübahisələrin həlli zamanı vətəndaşlar əsasən iki hüquqi yoldan istifadə edir: məhkəmə və mediasiya. Məhkəmə prosesi döv...
20/06/2026

Mübahisələrin həlli zamanı vətəndaşlar əsasən iki hüquqi yoldan istifadə edir: məhkəmə və mediasiya. Məhkəmə prosesi dövlət hakimiyyəti tərəfindən həyata keçirilən rəsmi hüquqi prosedur olduğu halda, mediasiya tərəflərin qarşılıqlı razılığı əsasında mübahisənin sülh yolu ilə həll edilməsidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 1-ci maddəsinə əsasən mediasiya alternativ mübahisə həlli üsulu hesab olunur.

Məhkəmə prosesində qərarı hakim qəbul edir və tərəflərdən biri adətən “qalib”, digəri isə “məğlub” olur. Mediasiyada isə qərarı tərəflərin özü verir. Mediator yalnız tərəflər arasında dialoqu təşkil edir və ortaq razılığın əldə olunmasına kömək edir. Bu səbəbdən mediasiya münasibətlərin qorunması baxımından daha effektiv hesab olunur.

Digər mühüm fərq vaxt və maliyyə məsələsidir. Məhkəmə çəkişmələri aylarla, hətta illərlə davam edə bilər. Mediasiya isə daha qısa müddətdə nəticə verir və tərəflərin əlavə xərclərinin azalmasına səbəb olur. Xüsusilə ailə, əmək və kommersiya mübahisələrində bu üsul daha praktik hesab edilir.

“Mediasiya haqqında” Qanunun 8-ci maddəsinə əsasən mediasiya prosesi könüllülük, tərəflərin bərabərliyi və məxfilik prinsiplərinə əsaslanır. Bu prinsiplər tərəflərin hüquqlarının qorunmasına və mübahisələrin daha sağlam şəkildə həllinə xidmət edir.

⚖️ Mediasiya ilə anlaşmaq mümkündür!
📍Ünvan: Şüvəlan, Ayna Sultanova küçəsi 32, Nardanşah restoranı ilə üzbəüz
📞 Bizimlə əlaqə: +994 50 871 19 81

-

Address

Şüvəlan Qəsəbəsi, Ayna Sultanova 32
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when 22 saylı Mediasiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category