03/04/2015
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Əmək Müfəttişliyi tərəfindən yaradılmış Əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı sisteminin yaradılması özü-özlüyündə irəliyə doğru atılmış addım idi. Sadəcə olaraq düzgün hazırlıq aparılmadan, kampaniya şəklində həyata keçirilməsi problemlər yaratdı. Yaxşı ki, sistemə cavabdeh olanlar irad və təklifləri düzgün qəbul edib fəaliyyətlərində düzəlişlər aparırlar. Yoxsa bərbad bir vəziyyət yaranardı. Burdan "TABU" MMC olaraq yazdığımız təklifləri gözardı etmədən qəbul etdiklərinə və elektron sistemdə vacib olan dəyişiklikləri həyata keçirdiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Əmək Müfəttişliyinin müvafiq vəzifəli şəxslərinə öz təşəkkürümüzü bildiririk. Konkret olaraq təkliflərdən birini deyək: Məlumdur ki, Mülki Məcəllə ilə icra orqanı funksiyasını həyata keçirən rəhbər şəxs (Direktor, İdarə Heyəti Sədri, Prezident və s.) işçilərə münasibətdə işəgötürən funksiyasını həyata keçirir. Bununla bağlı həmin sistemdə lazımi işlər görülmüşdü. Lakin rəhbər şəxsin özünə münasibətdə işəgötürən kimi kimin çıxış etməsi məsələsi açıq qalmışdır. Nəzərə alsaq ki, bu həm təsisçi (tək halda), həm təsisçilərin ümumi yığıncağı tərəfindən səlahiyyətləndirilmiş şəxs, həm səhmdar və ya səhmdarların ümumi yığıncağı tərəfindən səlahiyyətləndirilmiş şəxs, hətta xarici rezident ola bilər, onda sistemdə həmin terminlərin yazılması vacib idi. Yazışmalardan və şifahi söhbətlərdən sonra bunu etdilər.. Çox sağ olsunlar. Növbəti təkliflərdən biri isə "kənar idarəçi" termininin işəgötürən (vəzifəli şəxs) kimi sistemə daxil edilməsidir.