"34 Series" Hüquq Xidməti

"34 Series" Hüquq Xidməti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from "34 Series" Hüquq Xidməti, Lawyer & Law Firm, Baku.

17/07/2024

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarı (https://supremecourt.gov.az/storage/pages/2077/narkotik-plenum.pdf)@

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi (https://www.meclis...
19/02/2021

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi (https://www.meclis.gov.az/news-layihe.php?id=1464&lang=az&par=2) artıq ikinci oxunuşda qəbul edilib. Layihənin 37-ci bəndində 596-cı maddənin yeni redaksiyada qəbul edilməsi təklif edilib. Belə ki, 596-cı maddənin bəndlərində Məcəllədə təsbit edilmiş tələblərin və müddətlərin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilir.

İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsinin tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilməməsi isə yenə gözdən qaçıb. Maddə 144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir (qərardadın forması: http://www.e-qanun.az/framework/34232 ). Bu tələb demək olar ki, ən çox yol hərəkəti qaydaları ilə bağlı icraat zamanı pozulur. Daha aydın başa düşülməsi üçün ümumi mənzərə belədir: qərardan müəyyən edilmiş müddətdə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verildikdə, lakin icraatın dayandırılmadığı halda cəriməyə əlavə faizlərin hesablanmasını və bundan sonrakı problemləri, məsələn: iş məhkəmə qaydasında mübahisələndirildiyi halda nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsini görən vətəndaş cəriməni ödəyir. Yəni vətəndaş haqlı olduğunu bildiyi halda belə qeyd etdiyim süründürməçiliyi gözə alıb cəriməni icra edir. Bu dolayı olaraq vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququna xələl gətirir.

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - 466 İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta h...

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası K...
07/04/2020

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli qərarı:

1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.

2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər.

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Res...
19/11/2019

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019-cu il tarixli qərarı:

1. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünümüdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə uyğun olaraq, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şübhəli və ya təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasını...
06/08/2019

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 iyun 2019-cu il tarixli qərarı:

Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət...

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına dair Azərbaycan Respubl...
28/04/2019

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2019'cu il tarixli qərarı:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına dair

07/01/2019

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI"

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya M...
06/11/2018

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 sentyabr 2018-ci il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair

"İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən ...
06/06/2018

"İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - 466 İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta h...

14/03/2018

"Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında" TƏLİMAT -

Azərbaycanın Respublikasının Ədliyyə Nazirliyi - Normativ hüquqi aktların vahid internet elektron bazası - 2-N “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın təsdiq ...

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when "34 Series" Hüquq Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to "34 Series" Hüquq Xidməti:

Share