Vəkil Elnur Məmmədov

Vəkil Elnur Məmmədov Hüquq xidmətləri

Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, erkən nikah Azərbaycanda yalnız sosial və m...
06/08/2026

Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, erkən nikah Azərbaycanda yalnız sosial və mənəvi problem deyil, eyni zamanda uşaqların hüquqlarının pozulmasına səbəb olan hüquqi məsələdir:“Erkən nikah uşağın təhsil, sağlamlıq, təhlükəsiz inkişaf və gələcək həyat imkanlarını məhdudlaşdırır. Buna görə də dövlət qanunvericilik səviyyəsində bu halların qarşısının alınması üçün müxtəlif məsuliyyət tədbirləri müəyyən edib.

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektin Azərbaycan məhkəmələrində tətbiqi pr...
05/08/2026

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektin Azərbaycan məhkəmələrində tətbiqi prinsip etibarilə mümkündür:

“Lakin Azərbaycanda süni intellektin məhkəmə sistemində tətbiqi yalnız məhkəmə hakiminə yardımçı alət kimi və mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilə bilər. Əbu-Dabidə elan edilən platforma məhkəmə qərarlarını avtomatik qəbul edən sistem kimi deyil, hakimlərin və məhkəmə aparatının işini dəstəkləyən süni intellekt platforması kimi təqdim olunur. Layihənin 2026-cı ilin sentyabrından başlayaraq 18 ay ərzində mərhələli şəkildə tətbiqi nəzərdə tutulur və bütün AI nəticələrinin insan nəzarəti və təsdiqi altında istifadə ediləcəyi vurğulanır. Azərbaycan baxımından isə belə bir model məhkəmə təcrübəsinin və presedentlərin sürətli axtarışı, oxşar işlər üzrə hüquqi təhlilin hazırlanması, sənəd layihələrinin formalaşdırılması, məhkəmə işlərinin avtomatik təsnifatı və idarə olunması, proseslərin planlaşdırılması və statistik təhlillərin aparılması baxımından tətbiq oluna bilər.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Məhkəmə Departamenti 2026-cı ilin sentyabrından etibarən süni

Mövzu ilə bağlı Oxu24.com-a hüquqşünas Elnur Məmmədov bildirib ki, elektron hökumət informasiya sistemlərində fərdi məlu...
02/08/2026

Mövzu ilə bağlı Oxu24.com-a hüquqşünas Elnur Məmmədov bildirib ki, elektron hökumət informasiya sistemlərində fərdi məlumatların sızması və ya qanunsuz açıqlanması vətəndaşların konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir:

"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ təmin edilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, şəxsi məlumatların toplanması, işlənməsi, saxlanılması, istifadəsi və üçüncü şəxslərə ötürülməsi yolverilməzdir. Dövlət şəxsi məlumatların mühafizəsini təmin etmək öhdəliyini daşıyır”.

https://oxu24.com/az/huquq/167103/elektron-hokumetden-melumat-sizarsa-kimler-cavabdehdir-huquqsunas-aciqladi

Məşhur alış-veriş saytını nə gözləyir? — AçıqlamaHüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Anti...
15/07/2026

Məşhur alış-veriş saytını nə gözləyir? — Açıqlama

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Temu” platformasının sahibi olan “PDD Holdings” şirkəti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə araşdırmaya başlanılması Azərbaycan rəqabət hüququ baxımından xüsusi əhəmiyyət kəsb edən hadisədir:

“İlk növbədə qeyd edim ki, iş üzrə araşdırmanın başlanılması şirkətin hüquq pozuntusuna yol verməsi faktının müəyyən edilməsi demək deyil. Bu mərhələdə söhbət yalnız Rəqabət Məcəlləsinin tələblərinin pozulmasına dair şübhələrin araşdırılmasından gedir və yekun hüquqi nəticə yalnız səlahiyyətli orqanın qərarı ilə müəyyən edilə bilər. Bununla belə, araşdırma nəticəsində “PDD Holdings” şirkətinin hökmran mövqedən sui-istifadə etməsi, o cümlədən rəqabəti pozan qiymət siyasəti tətbiq etməsi və ya bazarda rəqabətin məhdudlaşdırılmasına yönəlmiş davranışlara yol verməsi sübuta yetirilərsə, şirkət Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirləri ilə üzləşə bilər.

“Temu” platformasının fəaliyyətində ciddi qanun pozuntuları ilə bağlı şübhələr yaranıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bununla əlaqəd

05/07/2026

Mənzildən qeydiyyatdan çıxarılma hansı qaydada həyata keçirilir

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, dövlət ilk növbədə hansı tikililərin leqallaşdırılmasının mümkün olduğunu mü...
29/06/2026

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, dövlət ilk növbədə hansı tikililərin leqallaşdırılmasının mümkün olduğunu müəyyən etməlidir. Nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, strateji təyinatlı torpaqlarda, təhlükəli geoloji ərazilərdə və hüquqi mübahisə predmeti olan torpaq sahələrində yerləşən evlərin leqallaşdırılması qanunvericilik və ictimai təhlükəsizlik baxımından mümkün deyil.

E.Məmmədov hesab edir ki, problemin həlli üçün mövcud qanunvericiliyə ayrı-ayrı dəyişikliklər etmək kifayət etməyə bilər. Çünki məsələ həm torpaq hüququnu, həm şəhərsalma qaydalarını, həm də daşınmaz əmlakın dövlət qeydiyyatı sistemini əhatə edir: “Buna görə də xüsusi dövlət proqramının və ya ayrıca qanunun qəbul edilməsi daha məqsədəuyğun olardı. Əsas məsələ hüquqi, texniki və təhlükəsizlik meyarlarının düzgün müəyyən olunması və prosesin mərhələli şəkildə həyata keçirilməsidir”.

Sənədsiz evlərə amnistiya həm yüz minlərlə vətəndaşın mülkiyyət problemini həll edə, həm də daşınmaz əmlak bazarına və dövlət büdcəsinə əlavə gəlir qazandıra bilər. Ekspertlər isə bunun yalnız ciddi hüquqi meyarlar əsasında mümkün olduğunu deyirlər. Sənəd...

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, sürücülərin “AzParking" tətbiqini aktivləşdirib getdiyi, lakin sonradan onla...
08/06/2026

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, sürücülərin “AzParking" tətbiqini aktivləşdirib getdiyi, lakin sonradan onlara cərimə bildirişi gəldiyi hallarla təcrübədə çox tez-tez rastlaşırlar. Bu vəziyyət əksər hallarda ya sürücünün zona kodunu yanlış daxil etməsi, ya da sistemdə hansısa xətanın baş verməsi səbəbindən yaranır: “Bir tərəfdə "AzParking" avtomobilin parklanma yerində dayandığını vizual olaraq qeydə alaraq rəqəmsal bazada heç bir seansın açılmadığını rahatlıqla sübut edir. Digər tərəfdə isə sürücü tətbiqi işə saldığını, balansından vəsait tutulduğunu nümayiş etdirməlidir.

"AzParking" tətbiqində Face ID ilə təsdiqlənən parklanma seanslarının sonradan sistemdən silindiyi, SMS-lə başlayan ödənişlərin xəbərsiz dayandırıldığı və bəzi kartlardan bir neçə dəfə pul tutulduğu iddia olunur. Ödəniş etdiyini düşünən sürücülər sonradan əsa...

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda ev heyvanlarının ictimai nəqliyyatda daşınm...
06/06/2026

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda ev heyvanlarının ictimai nəqliyyatda daşınması məsələsi son illər daha aktual xarakter alıb:

“Xüsusilə şəhərdaxili avtobuslar və metrodan istifadə edən vətəndaşların sayının artması fonunda bu sahədə hüquqi qaydaların tətbiqi də gündəmə gəlir.

Son illər ev heyvanı saxlayanların sayı artsa da, onların ictimai nəqliyyatda daşınması ilə bağlı qaydalar bir çox sərnişin tərəfindən tam bilinmir. Xüsusilə av

Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən hüquqşünas  Elnur Məmmədov bildirib ki, bankların digər bankomatlar v...
05/06/2026

Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən hüquqşünas Elnur Məmmədov bildirib ki, bankların digər bankomatlar vasitəsilə aparılan əməliyyatlara görə komissiya tutması qanunvericiliyə zidd olmasa da, burada mühüm şəffaflıq meyarları mövcuddur

Rabitəbank-ın maaş kartı sahiblərinə komissiya zərbəsi.Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının göstərdikləri xidmətlərə görə komissiya və tariflər tətbiq etməsi normal təcrübə hesab olunsa da, bəzi hallarda bu şərtlər və xidmət şəbəkəsinin...

Address

Baku
AZ1009

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 11:00 - 17:00
Sunday 11:00 - 17:00

Telephone

+994554122316

Alerts

Be the first to know and let us send you an email when Vəkil Elnur Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Elnur Məmmədov:

Shortcuts

Share