Kamil Manaf

Kamil Manaf Ölkə və dünya idmanında baş verən hadisələrə hüquqi yanaşmalar, idman hüququ sahəsind?

 'in tətbiq olunmasından sonra futbolçuların premyerliqada forma geymələri barədə.Sual:   Birliyinin vətəndaşı (EU natio...
06/12/2020

'in tətbiq olunmasından sonra futbolçuların premyerliqada forma geymələri barədə.

Sual: Birliyinin vətəndaşı (EU national) 1 yanvar 2021-ci ildən sonra İngiltərə premyerliqasında oynaya bilər mi ?

Cavab: Bəli, müəyyən şərtlər daxilində bu mümkündür. 1 yanvar 2021-ci ildən etibarən İngiltərə xaricdən gələn oyunçuların ölkəyə girişi üçün yeni qaydaları tətbiq edəcək. Həmin tarixdən etibarən AB oyunçuları İngiltərə Daxili İşlər İdarəsi (UK Home Office) tərəfindən iş icazəsi almazdan öncə Orqanının (GBE) təsdiqinə ehtiyac duyacaqlar.

Əgər oyunçu FIFA'nın -50 ölkəsi arasında yer alan ölkənin millisində forma geyinirsə, o zaman millidə oyuna çıxma nisbətinə əsasən ölkəyə giriş hüququna malikdir.
Əks təqdirdə oyunçunun bir sıra kriteriyalar üzrə #15 xal toplamasına ehtiyac var(klubun səviyyəsi, liqası, hansı qitə yarışında çıxış etdiyi və mövsümün sonunda klubun reytinqdə neçənci yerdə olması).

Müstəsna şərtlərə görə 15 xal toplamayan oyunçular və 10-14 arası xal toplayan U-21 oyunçular üçün 2021 Qış transfer pəncərəsi üçün Paneli mövcuddur. Ümumilikdə hər transfer dönəmi üçün İngiltərə U-21 də forma geyməyən #3 oyunçu kluba cəlb edilə bilər.

  2014 Qış Olimpiya Oyunlarında dopinq istifadə etdiyi üçün idmandan ömürlük uzaqlaşdırılan 2 Rusiyalı biatlonçunun (   ...
26/09/2020

2014 Qış Olimpiya Oyunlarında dopinq istifadə etdiyi üçün idmandan ömürlük uzaqlaşdırılan 2 Rusiyalı biatlonçunun ( və ) cəzasını sübutlar olmadığı üçün etdi. Digər atletə ( ) verilən cəza isə ağır hesab edildiyi üçün .

Qeyd edim ki, CAS 1 fevral 2018-ci ildə 42 rus idmançının #39-nun cəzalarını ləğv etmiş, digər 3-ü haqqında qərarı isə 2018 PyeongChang Qış Olimpiya oyunlarından sonra veriləcəyini açıqlamışdır.

Eden Hazard vs Tubize keysiFIFA futbolçuların digər peşəkar klublara transferi zamanı 12 yaşından 23 yaşınadək onların h...
08/09/2020

Eden Hazard vs Tubize keysi

FIFA futbolçuların digər peşəkar klublara transferi zamanı 12 yaşından 23 yaşınadək onların hazırlığında iştirak etmiş və futbolçuların məşqlərinə qatıldığı klublara məşq kompensasiyasının verilməsini təmin edir. Bu məbləğ adətən oyunçunun 12-23 yaş arası bütün klublarını əhatə etməklə, ümumi transfer qiymətinin 5%-ni təşkil edir. Bu 12-15 yaş arası illik 0.25%, 16-23 yaş arası isə illik 0.5% təşkil edir.

Eden Hazard 2003-2005-ci illərdə, 12-13 yaşlarında Belçikanın Tubize klubunda 2 mövsüm keçirmişdir. 2019-cu ildə Real Madrid Hazardı Chelseadan 160 milyon avroya transfer edir. Müqaviləyə əsasən, Madrid klubu Chelsea-yə 2019-cu ildə 40 milyon, 2020-ci ildə 56 milyon, 2021-ci ildə isə qalan 64 milyon avronu ödəməlidir. Buna əsasən, Real 2019-cu ildə Tubize klubuna 200 min, 2020-ci ildə 280 min, 2021-ci ildə isə 320 min avro məşq üçün kompensasiya ödəməlidir.

Real Madrid klubu həmin məbləğin köçürülməsi öhdəliklərini alman bankı olan IBB bankına həvalə edir. İlk məbləğ (200 min avro) Tubize klubuna uğurla köçürülür. İlk ödənişdən sonra Koreyada “AFC Tubize SA” adlı şirkət təsis edilir. Bu şirkət özünü Madrid klubunu təmsil edən IBB bankına gənc Eden Hazardın təlimi ilə əlaqədar Madrid klubu tərəfindən ödəniləcək təzminat tələbinin sahibi kimi təqdim edir. Alman bankı bu barədə Real Madridə məlumat verdikdən sonra isə bu dələduzluğun üstü açıldı və bu məsələ idman ictimaiyyətinə çatdırıldı.

Messi vs Barcelona.Futbolçu və klub arasında olan müqaviləni görmədiyimiz üçün yalnız kluba yaxın olan şəxslərin müsahib...
31/08/2020

Messi vs Barcelona.

Futbolçu və klub arasında olan müqaviləni görmədiyimiz üçün yalnız kluba yaxın olan şəxslərin müsahibələri və mediada yazılanlara görə hazırki mübahisənin hüquqi tərəfləri haqda bir neçə fikrimi bildirmək istəyirəm.

- Messi klubla 4 illik müqavilə bağlayıb. Lakin müqavilənin istinad olunan bəndinə əsasən, futbolçu hər il mövsüm başa çatdıqda öz tələbi ilə klubu heç bir kompensasiya ödəmədən tərk edə bilər. Əks təqdirdə isə onu almaq istəyən klub 700 milyon avro sərbəst qalma məbləğini verərək oyunçunu transfer edə bilər. Mövsümün başa çatması isə çempionatın və Çempionlar liqasının finalının keçirildiyi tarixlər kimi qiymətləndirilir. Səhv etmirəmsə bu da müqavilədə 31 may-10 iyun arası qeyd olunub.

- Klub iddia edir ki, bu tarix çoxdan keçib və Messinin klubu tərk etməsi üçün sərbəst qalma məbləği ödənilməlidir.

- Messi tərəfi isə iddia edir ki, mövsüm və çempionlar liqası avqustun sonu başa çatıb və bu dünya futbolu üçün istisna haldır. Onlar burada əsas olaraq müqavilə imzalanarkən "yaxşı niyyət" prinsipini irəli sürüblər. Belə ki, onların arqumentinə görə, "əgər ayları geri çəkmək olsaydı o zaman Messi 3 ay öncə də eyni hərəkəti edəcəkdi". Finaldan dərhal sonra isə oyunçu klubdan ayrılmaq istədiyini bildirib. Ona görə də futbolçu klubu sərbəst tərk edə bilər.

- Əgər Messi qərarında israrlı olarsa çox güman ki bu mübahisə məhkəmədə həll olacaq. Mübahisəyə isə Messi Argentina vətəndaşı olduğu üçün FIFA Mübahisələrin həlli palatasının baxılacağı gözlənilir. Daha sonra isə tərəflər CAS-a müraciət edə bilərlər.

-Bununla yanaşı əgər Messi müqaviləyə dair mübahisəni həll etmədən klubdan ayrılarsa o zaman FIFA tərəfindən ona cəza verilə bilər.

- Sonda düşünürəm ki, bu işdə FIFA-nın qərarı önəmli rol oynayacaq. Əgər onlar mövsümün gec bitməsini fors-major halı kimi qiymətləndirsələr o zaman Messi bu mübahisədə haqlı ola bilər, əks təqdirdə isə Barcelonanın leyhinə qərar qəbul ediləcəyini düşünürəm.

"Gənc Hüquqşünaslar Şəbəkəsi"nin təşkil etdiyi Vebinarlar Sessiyası çərçivəsində mən və həmkarım Elcan Rəhimlinin təqdim...
27/08/2020

"Gənc Hüquqşünaslar Şəbəkəsi"nin təşkil etdiyi Vebinarlar Sessiyası çərçivəsində mən və həmkarım Elcan Rəhimlinin təqdimatında 29 avqust, saat 20:00-da İdman hüququ sahəsinə dair "İdmançı müqavilələri.Covid-19 pandemiyasının müqavilələrə təsiri" mövzusunda Vebinarımız baş tutacaq.

Vebinarımıza "Zoom" platforması üzərindən aşağıdakı linkdən qoşula bilərsiniz :)

Link :
https://us02web.zoom.us/j/84535885073
Meeting ID: 845 3588 5073

COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq PFL tərəfindən 2020/2021-ci illər mövsümünün ...
21/08/2020

COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq PFL tərəfindən 2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə hazırlanıb. Tam versiya ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Maraqlı dəyişikliklərdən ikisini sizə təqdim edirəm.

1.Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub-geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən p*s halda hansısa komanda az sayda(ən azı 7 oyunçu) oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər.

2. Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

Qeyd: Azərbaycan Respublikası ərazisində «COVID-19» pandemiyasının vəziyyəti ilə əlaqədar olaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla, müxtəlif vaxtlarda yuxarıda qeyd olunan mövcud bütün qaydalara dəyişiklik edilə bilər.

COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq 2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə   15.08.2020-ci il tarixdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təsdiq olunub. Ümumi müddəalar Azərbaycan Premyer...

Müasir idman sahəsində idman yarışlarının manipulyasiyasına tez-tez rast gəlirik. Əksəriyyət idman oyunlarının manipulya...
11/08/2020

Müasir idman sahəsində idman yarışlarının manipulyasiyasına tez-tez rast gəlirik. Əksəriyyət idman oyunlarının manipulyasiyasının, loru dildə desək oyun alqı-satqısının idmanda yeni olduğunu düşünsələr də, əslində çox qədim tarixə malikdir. İlk bilinən oyun alqı-satqısının isə məhz güləş yarışlarında olduğuna dair sübutlar var. Gəlin tanış olaq :)

Tarixçilər 1700 yaşı olan incə Yunan papirusunu deşifrə edərkən burada iki yeniyetmə arasındakı güləş qarşılaşmasının nəticəsinin əvvəlcədən razılaşdırıldığını müəyyən etdilər. Bu papirus Nikantinus adlı bir pəhləvanın atası ilə Misirdə dini festival zamanı keçirilmiş, bir sıra oyunlardan ibarət olan “Nəhəng Antinoya”nın finalında qarşılaşacaq Demetriusun məşqçiləri arasında bağlanmış, 267A nömrəli müqavilə idi. Müqavilə indiyədək üzə çıxan oyun-alqı satqısına dair ilk sübut idi.

Müqaviləyə əsasən, kişilər kateqoriyasında keçiriləcək yarışda, Demetriusun beli üç dəfə yerə dəyməli idi, bunun əvəzində isə mükafat olaraq 3800 drahma əldə edəcəkdi
Müqavilənin digər bəndinə əsasən, əgər matçı idarə edən hakimlər oyunun nəticəsinin əvvəlcədən təyin olunduğunu bilsələr və Nikantinusa qələbə verməkdən imtina etsəydilər, bu zaman Demetrius yenə də mükafatı əldə edəcəkdi.

Bu razılaşmadan arxayın olmaq üçün Nikantinusun atası müqavilə bağlayır.Əgər Demetrius müqavilə şərtlərinə əməl etməsə və qələbə qazansaydı o zaman Demetriusun məşqçiləri Nikantinusun atasına daha böyük miqdarda pul ödəməli idilər.

Papirusu tərcümə edən Londonun King's College professoru Dominik Rathbone, açıqlamasında, 3.800 drahmanın külli miqdarda pul olmadığını və həmin dövrdə o p**a yalnız bir eşşək almağın mümkün olduğunu dilə gətirdi.

Müqavilə Misirdəki “Oxyrhynchus”da - Qahirədən 160km cənub-qərbdə tapılmışdır. Bir əsrdən əvvəl tapılmasına baxmayaraq, yalnız son zamanlarda tərcümə edilmişdir.Buna qədər isə papirus Oksford Universitetindəki “Sackler” kitabxanasında saxlanılmışdır.

Professor Rathbone izah etdi ki, idmançıların təlim prosesləri çox xərc tələb etdiyindən və onlara mükafat verilmədiyindən bu yollara əl atmağa məcbur olurdular. Yarışlarda qalib gələn idmançılara böyük məbləğlərdə pullar verilməsi isə həmin dövrə görə ənənəvi hal deyildi.

Eyni zamanda mütəxəssislər arasında bu şəkildə yazılı müqavilənin niyə tərtib olunduğu haqda çaşqınlıq var idi. Çünki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda bu müqaviləni məhkəmədə mübahisələndirmək heç də real görünmürdü. Buna görə də, bu müqavilənin hüquqi biliyi olmayan biri tərəfindən tərtib olunduğu düşünülür.

Fənərbaxça klubunun liqadan mümkün uzaqlaşma qərarının hüquqi nəticələri barədəTürkiyə Futbol Federasiyası (TFF) klublar...
07/08/2020

Fənərbaxça klubunun liqadan mümkün uzaqlaşma qərarının hüquqi nəticələri barədə

Türkiyə Futbol Federasiyası (TFF) klubların transferlər üçün xərcləmə limitini açıqladıqdan sonra Fənərbaxça klubunun liqadan çəkilmək istədiyi barədə xəbərlər yayılıb. Bu xəbərlər həm klub, həm də türk futbolu azərkeşləri arasında ajotaja səbəb olub.

Bəs hüquqi cəhətdən bu mümkündür mü ? Nəticələri nə ola bilər ?

1. Hər bir klub öz nizamnaməsi və digər hüquqi qaydalara əməl etmək şərti ilə liqadan uzaqlaşmaq haqqında qərar verməkdə sərbəstdir. Lakin bu qərar idman hüququ baxımından ciddi nəticələrə səbəb olur. Əsas məsələ isə klubun bu nəticələri gözə alıb-almamasıdır.

2. TFF Futbol Disiplin Təlimatının 46/2-ci maddəsinə əsasən, TFF tərəfindən təşkil olunan liqalara və kuboklara qatılmayan klublar aşağı liqaya düşmə cəzası ilə cəzalandılırlar.

3.Bundan əlavə, TFF Futbol Müsabiqələri Təlimatının 24-cü maddəsinə əsasən, bir mövsüm ərzində ikinci dəfə müsabiqədə iştirak etməyən, müsabiqəyə gələn amma oyuna çıxmaqdan imtina edən və ya müsabiqə çərçivəsində oyunu tərk edən komanda haqqında məğlubiyyət qərarı verilməklə yanaşı, komanda ikinci liqaya düşür və bu tarixdən etibarən həmin komanda ilə görüşü olan bütün komandalar görüş keçirilmədən qalib gəlmiş hesab olunurlar.

Nəticə olaraq, Fənərbaxça klubu liqadan uzaqlaşmaq qərarını verərsə o zaman ikinci liqaya düşəcək. Lakin bunun ağır hüquqi və maliyyə nəticələri olacaq.

Belə ki, klub liqadan uzaqlaşarsa, klubun bağladığı sponsorluq müqavilələri, gələn sezon qatılma ehtimalı olduğu UEFA müsabiqələrinin gəlirləri və yayım haqları gəlirlərini itirə bilər. Bununla yanaşı oyunçuların və texniki heyətin əmək haqları, müqavilələr və təzminat haqları da klubun maliyyə durumuna çox ciddi təsir edəcək.

Sonda qeyd edək ki, Fənərbaxça İdarə heyəti (Yönetim Kurulu) liqadan uzaqlaşmaq qərarını verə bilməz. Belə ki, klubun Nizamnaməsinin 19-cu maddəsinə əsasən, bu səlahiyyəti İdarə Heyətinə klubun Baş Məclisi (Genel Kurul) verə bilər. Bunun üçün də Baş Məclisin toplantısı olmalıdır.

CAS Birləşmiş Ərəb Əmirlikləri Futbol Assosiasiyası (B.Ə.Ə. FA), Asiya Futbol Konfederasiyası (AFK) və Qatar Futbol Asso...
05/08/2020

CAS Birləşmiş Ərəb Əmirlikləri Futbol Assosiasiyası (B.Ə.Ə. FA), Asiya Futbol Konfederasiyası (AFK) və Qatar Futbol Assosiasiyası (QFA) arasındakı mübahisəyə dair öz qərarını elan edib.

Belə ki, Asiya kuboku çərçivəsində, 29 yanvar 2019-cu ildə Qatar və B.Ə.Ə arasında baş tutan yarımfinal oyununda 4-0 hesabı ilə Qatar yığma komandası qalib gəlmişdir. Həmin görüşdən sonra B.Ə.Ə. FA tərəfindən Qatar yığma komandasının 2 oyunçusunun ( Almoez Ali və Bassam Al Rawi) komandanın heyətində iştirakının uyğunsuzluğu barədə AFK Disiplin Komitəsinə şikayət ünvanlamışdır.

İlk öncə Disiplin Komitəsi, 20 may 2019-cu ildə isə Apellyasiya komitəsi bu şikayəti təmin etməmişdir.

Nəhayət 21 iyun 2019-cu ildə mübahisə -a ünvanlanır. B.Ə.Ə FA iddia edir ki Almoez Alinin anası Qatarda doğulmamışdır və o Qatar millisini təmsil edə bilməz.

CAS qərarında, Almoez Alinin anasının iki ölkənin (Qatar/Sudan) vətəndaşlığını daşımasına baxmayaraq, oyunçunun Qatar vətəndaşı olmasını, heç vaxt başqa ölkənin assosiasiyasını təmsil etməməsini və Qatar ilə xüsusi əlaqələrinin olmasını, eyni zamanda bioloji anasının Qatarda doğulduğunu qeyd edib. Bununla da, CAS şikayəti qəbul etməyib.

"The Two Escobars" filmi İdman azərkeşlərinə maraqlı ola biləcək bir film, tövsiyyə edirəm :)80-90-cı illərdə Kolumbiya ...
05/08/2020

"The Two Escobars" filmi

İdman azərkeşlərinə maraqlı ola biləcək bir film, tövsiyyə edirəm :)

80-90-cı illərdə Kolumbiya çempionatında futbol klublarının yarısını narkobaronlar maliyyələşdirirdi. Əsas səbəb də o idi ki, nağd pulların yuyulması üçün ən ideal biznes futbol idi. Pablo da çempionatda Medellin və Atletico Nacional klublarını maliyyələşdirirdi. Lakin Pablo həm də futbolu çox sevirdi. Komandası qələbə qazananda və vacib görüşlərdən öncə onları öz iqamətgahına dəvət edər, party verərdi, futbolçularla dost kimi idi.

Lakin cinayətlərindən də qalmırdı. Demək bir dəfə Atletico Nacional və başqa bir narkobaronun klubu qarşılaşanda qarşı tərəf hakimə pul verib oyun alqı-satqısı etmişdi. Hakimin oyunda qərəzli qərarlarından sonra Pablonun komandası məğlub olur. Elə həmin gün görüşdən sonra hakimin meyiti tapılır.

O zaman Kolumbiya futbolu ən gözəl günlərini yaşayırdı. Narkobanların dəstəyi nəticəsində futbol Kolumbiyada ən sevilən və inkişaf edən sahəyə çevrilmişdi. Kolumbiya yığma komandası isə tarixinin ən güclü dövrünü keçirirdi. Belə ki, onlar 1994-cü il Amerikada keçirilən dünya kubokuna vəsiqə qazanmaq üçün seçmə mərhələdə 26 oyundan yalnız 1-də məğlub olmuşdular. Komandanın ən güclü və sevilən oyunçularından biri də 2 nömrəli müdafiəçi Andres Escobar idi.

Beləliklə Kolumbiya son görüşdə Argentinanı da 5-0 hesabı ilə məğlub edərək ilk dəfə dünya çempionatına vəsiqə qazanırlar. O zaman bütün dünya, hətta Pele də çempionatın favoriti kimi Kolumbiyanı görür və dəstəkliyirdi.

Lakin bütün bunların fonunda Pablo Escobarın həbsi və daha sonra öldürülməsindən sonra ölkədə baş verənlər çempionata getməzdən öncə bütün komandaya təsir etmişdi və ruh düşkünlüyü yaratmışdır. Bununla yanaşı, Pablo həbsdə olarkən komandanın əsas qapıçısı, hər kəsin məşhur "əqrəb" qurtarışı ilə tanıdığı Rene Higuaita DÇ-dən öncə həbsxanaya Pabloya baş çəkməyə gedərkən jurnalistlərin suallarını cavablandırdı. Ölkə prezidenti qapıçının bu hərəkətinin ölkənin imicinə zərər vura bilməsindən qorxub onu törətmədiyi cinayət əməlinə görə həbsə atdırdı. Çünki o zaman Kolumbiyanın imici Kolumbiya yığma komadasından aslı idi.

Əsas qapıçı olmadan və oyunçuların ruh düşkünlüyü ilə getdiyi Dünya Çempionatında ilk rəqib Ruminya millisi idi. Hər kəs Kolumbiya yığmasını favorit görürdü. Lakin oyun 3-1 hesabı ilə Ruminyanın qələbəsi ilə başa çatdı. Haginin o məşhur qolunu xatırlayırsız yəqin.

İkinci görüşdən əvvəl yığma komandaya ölkədən ölüm təhdidləri gəldi. Hətta komandanın əsas oyunçularından biri olan Barrabas Gomez bu təhdidlərə görə əsas heyətdən çıxarıldı. Rəqib isə ev sahibi Amerika yığma komandası idi. Hansı ki, Kolumbiya həm rəsmi görüşlərdə, həm də yoldaşlıq görüşlərində Amerikanı asanlıqla məğlub edə bilirdi. Lakin qorxu hissi və təhdidlər oyunçuların üstündə stresə səbəb oldu və oyuna köklənməkdə çətinlik çəkdilər. Oyunda ilk qolu Andres Escobar topu uzaqlaşdırmaq istəyərkən öz qapısına vurdu. Bu qoldan sonra hər kəs, hətta Escobar özü də başına nəsə gələcəyinə əmin idi. Oyun 2-1 hesabı ilə Amerikanın qələbəsi ilə başa çatdı. Son oyun komanda İsveçrəyə qalib gəlsə də, qrupdan çıxa bilmədi və ölkələrinə qayıtmalı oldular. Amma Escobarın avtoqolu kolumbiyalıların yadından çıxmamışdı...

Hər bir oyunçuya bir neçə qoruma vermişdilər və evdən çıxmamalarını məsləhət görürdülər. Lakin Escobar evdə oturmaq istəmirdi, o xalqın içinə çıxmaq və onlarla danışmaq istəyirdi. Nəhayət bir gün axşam o evdən çıxıb bir bara getdi.

Həmin gecə saat 03:30-də ailəsinə xəbər gəldi. Andres Escobara 5 güllə vurularaq öldürülmüşdü...

Qeyd edim ki, Dünya Çempionatında öncə Escobara İtaliyanın Milan klubundan təklif gəlmişdi və o çempionatdan sonra İtaliyaya gedəcəkdi.

Dünya Anti-dopinq qanunvericiliyinə əsasən İdmançılardan dopinq testinin götürülməsi proseduru ilə bu videodan tanış ola...
01/08/2020

Dünya Anti-dopinq qanunvericiliyinə əsasən İdmançılardan dopinq testinin götürülməsi proseduru ilə bu videodan tanış ola bilərsiniz.

Düzgün ifadələrdən istifadə etməyə çalışaq :)
01/08/2020

Düzgün ifadələrdən istifadə etməyə çalışaq :)

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. 🇦🇿
Daha hansı sözlərin ana dilimizdə qarşılığını yaza bilərsiniz?🤔

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Kamil Manaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kamil Manaf:

Share

Kamil Manafov

2018-ci ildə Hüquq üzrə bakalavr təhsilimi bitirmişəm. Hal-hazırda hüquq şirkətlərinin birində hüquqşünas kimi fəaliyyət göstərirəm. Əsas fəaliyyət istiqamətim və araşdırma etdiyim sahə İdman hüququ ilə bağlıdır. Bu səhifə ölkə və dünya idmanında baş verən hadisələrə hüquqi yanaşmalardan, idman hüququ sahəsində qəbul edilmiş yeni qanunvericilik aktlarının müzakirəsindən və idman hüququna dair digər paylaşımlardan ibarət olacaq. Bu səhifə hüquqşünaslar, idmançılar, məşqçilər, idman jurnalistləri, agentlər və bu sahəyə marağı olan hər kəs üçün faydalıdır.